Misli Premyer Liqasının 17-ci turunda "Zirə" "Turan Tovuz"la heç-heçə etdi - 0:0.

Offsideplus.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin çalışdırıcısı Rəşad Sadıqov mətbuat konfransında iştirak etdi. 

Mütəxəssis görüş haqda bunları söylədi:

"Olduqca gərgin və ağır oyun keçdi. Həftə ərzində bu görüşə hazırlaşırdıq. Bilirdik ki, rəqib meydan boyu mübarizə aparan komandadır. Demək olar ki, bütün oyunlarda qol epizodu yaradırlar. Sadəcə, hücum xəttində bir qədər yaxşı oynayaraq qələbə qazanmalı idik. Qol epizodları yaratdıq. Onda da rəqib qapıçı yaxşı oynadı. Növbəti tur vacib oyuna çıxacağıq. "Səbail" üçün ölüm-dirim qarşılaşması olacaq. Bizim üçün də önəmli görüşdü. Demək olar ki, avrokuboklar üçün oynayan komandalar bir-biri ilə oynayacaq. Hər iki komanda üçün lazımlı oyundur".