“Bavariya” ciddi itki ilə üzləşib.
Komandanın qapıçısı Manuel Noyer zədələnib. O, ölkə kubokunun 1/8 finalının “Bayer-04” ilə matçında rəqib futbolçu Jeremi Frimponqla toqquşmuşdu. Tibbi müayinədən sonra məlum olub ki, 38 yaşlı qolkiperin qabırğası sınıb. Baş məşqçi Vensan Kompani Noyerin ən azı 2025-ci ilin fevral ayınadək yaşıl meydanlardan uzaq qalacağını bildirib.
Manuel “Bavariya”da 2011-ci ildən oynayır. O, bu mövsüm komandada 19 oyun keçirib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта