AZ

Məşhur futbolçu sırada çıxdı

“Bavariya” ciddi itki ilə üzləşib.

Komandanın qapıçısı Manuel Noyer zədələnib. O, ölkə kubokunun 1/8 finalının “Bayer-04” ilə matçında rəqib futbolçu Jeremi Frimponqla toqquşmuşdu. Tibbi müayinədən sonra məlum olub ki, 38 yaşlı qolkiperin qabırğası sınıb. Baş məşqçi Vensan Kompani Noyerin ən azı 2025-ci ilin fevral ayınadək yaşıl meydanlardan uzaq qalacağını bildirib.

Manuel “Bavariya”da 2011-ci ildən oynayır. O, bu mövsüm komandada 19 oyun keçirib.

Seçilən
36
football-plus.az

1Mənbələr