RU

"İsrail "Hizbullah"ı məhv etməyi bacarmayıb, biz savaşda qalib gəlmişik" - Şeyx Naim Qasım 

"İsrail ABŞ-ın himayəsi ilə regionu parçalamaq niyyətindədir, biz müqavimətimizi davam etdirəcəyik..."
 
"Hizbullah" şiə təşkilatının baş katibi Naim Qasım televiziya ilə müraciətində ilk dəfə olaraq Suriyada Bəşər Əsəd rejiminin süqutunu şərh edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "haberler.com" nəşri məlumat yayıb.
 
Çıxışının birinci hissəsində Qasım rəhbərlik etdiyi qruplaşmanın vəziyyətini dəyərləndirib. O, etiraf edib ki, İsrail ordusu əksəriyyət komandirlərini məhv etməyə nail olub. Lakin, onun sözlərinə görə, ən əsası, İsrail "Hizbullah"ı məhv etməyi bacarmayıb, Livan qruplaşması müharibədə qalib gəlib.
 
Şeyx izah edib ki, "Hizbullah" döyüşçülərinin mətinliklə müqaviməti nəticəsində düşmən atəşkəs sazişinə razı olmağa məcbur olub: "Bu atəşkəs təcavüzün dayandırılması barədə sazişdir. Bu o demək deyil ki, qruplaşma müqavimət ideyasından imtina edib", - o, izah edib.
 
Qasım "əlli il də zaman tələb edə biləcək" mübarizənin davam etdiyini bəyan edib. Şeyx xatırladıb ki, bu yolda enişlər və yoxuşlar mümkündür, biz hər zaman "əldə silah etiqadımızı müdafiə etməyə hazır olmalıyıq".
 
Naim Qasım məlumat verib ki, atəşkəs sazişi yalnız Litani çayının cənubunda olan əraziyə şamil edilir, bu isə o deməkdir ki, söhbət İsrailin şərtlərinin icrasından deyil, sadəcə, BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin gerçəkləşməsindən gedir. 
 
"Hizbullah" lideri qruplaşmanın gələcəyi ilə bağlı məsələyə də toxunub. O, atəşkəsə əməl etmək niyyətində olduğunu bəyan edib və əlavə edib ki, Livan şiələri bu sazişin İsrail tərəfindən pozulmasına çox dözümlü yanaşır.
 
"Hizbullah" lideri etiraf edib ki, Bəşər Əsəd rejiminin süqutu ilə qruplaşma vacib müttəfiqini itirib. Şeyx məlumat verib ki, qruplaşma bununla həm də təchizat marşrutunu itirib. 
 
Qasım bəyan edib ki, Suriyanın yeni hakimiyyəti ilə razılıq əldə etməyə və hərbi logistikanı bərp etməyə ümid edir. "Əgər bunu etmək alınmazsa, biz digər variantları nəzərdən keçirəcəyik", - o, vəd edib.
 
O, həmçinin Suriyanın yeni hakimiyyətinin İsraili düşmən timsalında görəcəyinə və Dəməşqin İsrail ilə münasibətlərinin nizama salmayacağına ümid etdiyini ifadə edib.
 
Qasım eyni zamanda İsraili ABŞ-ın himayəsi altında regionu "parçalamaq" niyyətində olduğunda ittiham edib. "Müqavimət davam edir", - "Hizbullah"ın baş katibi vəd edib.
Избранный
27
moderator.az

1Источники