Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Voleybol Federasiyası və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən dövlət qurumları arasında voleybol yarışında Fövqəladə Hallar Nazirliyinin (FHN) komandası möhtəşəm nəticə göstərib.
Hafta.az FHN-ə istinadən xəbər verir ki, yarışda 9 komanda iştirak edib və FHN komandası bütün rəqiblərinə qalib gələrək finala yüksəlib.
Finalda SOCAR komandası ilə qarşılaşan FHN komandası 2:0 hesabı ilə qalib gələrək yarışın çempionu olub.
Yarışın qaliblərinə Gənclər və İdman Nazirliyinin tərəfindən kubok və medallar təqdim edilib.