RU

İranın pulu batdıqca batır

Bundan sonra İranın pul vahidi rialın məzənnəsi dollara nisbətdədaha 2% enərək, tarixi minimumu təzələyib.Hazırda 1 dollara 756 min rial almaq mümkündür.

Əslində İranın valyutası noyabr ayında Tramp qalib gələndən sonra ucuzlaşmağa başlamışdı. Hazırda isə maksimum təzyiq altındadır. Çünki noyabrın sonlarında BMT-nin Atom Energetikası üzrə Beynəlxalq Agentliyi İranı nüvə proqramı sahəsində dialoqu bərpa etməyə çağırmış, əks halda yeni sanksiyaların tətbiqini istisna etməmişdi. Belə vəziyyət investorların İranla bağlı gərginliyini artırır və rialın ucuzlaşmasına səbəb olur.

Ölkənin vətəndaşlarının davranışları da milli valyutanı təzyiq altında saxlayır: Onlar ehtiyatlarını 30%-ə çatan inflyasiyadan qorumaq üçün fəal şəkildə xarici valyuta, qızıl, kripto almağa çalışırlar.

Tariyel Həsənov
AzVision.az

Избранный
15
azvision.az

1Источники