RU

Tanınmış politoloq Andranik Miqranyan Ermənistana buraxılmadı – öz ata-anasının məzarını ziyarət edə bilmədi

Tanınmış erməni əsilli politoloq Andranik Miqranyan Ermənistanda “persona non grata” elan edilərək ölkəyə girişinə qadağa qoyulub.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Erməni İttifaqı və Sputnik Armenia məlumat yayıb.

Məlumata görə, Andranik Miqranyan bazar günü Yerevanın “Zvartnots” aeroportunda pasport nəzarətindən keçərkən saxlanılıb və ona Ermənistana daxil olmasının qadağan edildiyi bildirilib. O, Ermənistana valideynlərinin məzarlarını ziyarət etmək üçün gəlmişdi, lakin bu istəyini həyata keçirə bilmədən geri dönməyə məcbur qalıb.

Miqranyan Ermənistana Ara Abramyanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində gəlmişdi. Nümayəndə heyətinin digər üzvləri ölkəyə problemsiz daxil olsa da, yalnız Miqranyan geri qaytarılıb. O, bu gün Moskvaya geri dönəcək.

Andranik Miqranyanın Ermənistana buraxılmaması siyasi səbəblər və şəxsi ziddiyyətlər barədə müxtəlif ehtimalları gündəmə gətirib. Hadisə Ermənistan hakimiyyətinin daxili siyasi gərginlik fonunda atdığı addım kimi qiymətləndirilir.

Mənbə: Sputnik Armenia, Rusiya Erməni İttifaqı

 

Musavat.com

Избранный
25
musavat.com

1Источники