"Serbiyada xarici agentlər haqqında qanuna ehtiyac yoxdur".
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu xalqa müraciəti zamanı Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
“Sosialist Hərəkat Partiyasının fraksiyasında çoxları hesab edir ki, ABŞ, Qərbi Avropa və Rusiya qanunvericiliyindən götürülmüş yaxşı elementlər var, onlar qəbul oluna bilər, amma mənim cavabım "yox" oldu”, - Vuçiç bildirib.
Müvafiq təşəbbüslə Sosialist Hərəkat Partiyası çıxış edib. “Xarici təsir agentlərinin xüsusi reyestri haqqında” qanun layihəsində Serbiyanın Ədliyyə Nazirliyinə seçki proseslərində iştirak edən və xaricdən maliyyələşən qeyri-kommersiya təşkilatlarını qeydiyyata almaq öhdəliyi qoyulması təklif edilir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта