RU

Mixail Kavelaşvili: "Gürcüstanın öz dəyərlərindən imtina edərək Aİ-yə daxil olmasının mənası yoxdur"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Gürcüstanın dəyərləri və adət-ənənələrindən imtina edərək hər hansı bir təşkilata qoşulmasının mənası yoxdur".
Oxu.Az xəbər verir ki, bunu "İmedi" telekanalına müsahibəsində Gürcüstanın yeni seçilmiş Prezidenti Mixail Kavelaşvili deyib.
Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti istənilən məsələ ilə bağlı müzakirələrə açıqdır, lakin Qərbdən müzakirə aparmaq üçün heç bir qarşılıqlı istək yoxdur, sadəcə tənqid var.
"Əgər bizim dəyərlərimiz və xarakterimiz, mədəniyyətimiz, dilimiz, inancımız, olmasaydı, hansısa təşkilata qoşulmağın nə mənası olardı? Biz Avropa Birliyinə olduğumuz kimi üzv olmaq istəyirik, inteqrasiyadan imtina etmirik", - o bildirib.
Kavelaşvili ölkənin hazırkı Prezidenti Salome Zurabişvilinin hökumətlə qarşıdurmasını da dəyərləndirib. O qeyd edib ki, Zurabişvili hökumətin siyasəti ilə razılaşmırdısa, istefa verməli idi.
Избранный
108
12
oxu.az

9Источники