1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İngiltərə Premyer Liqasının 14-cü turunda "Sauthempton" "Çelsi"ni qəbul edib.
Oxu.Az xəbər verir ki, qarşılaşma 1:5 hesabı ilə "Çelsi"nin xeyrinə başa çatıb.
Qarşılaşmada hesab artıq yeddinci dəqiqədə açılıb, "Çelsi"nin müdafiəçisi Aksel Disasi fərqlənib. 11-ci dəqiqədə "Sauthempton" Co Aribonun köməyi ilə hesabı bərabərləşdirib. 17-ci dəqiqədə Kristofer Nkunkunun qolu "Çelsi" yenidən hesabda önə keçib. 34-cü dəqiqədə Noni Madueke komandasının üçüncü qolunu vurub. 77-ci dəqiqədə Koul Palmer "Çelsi"nin dördüncü, 87-ci dəqiqədə Ceydon Sanço beşinci qolunu vurub.
"Çelsi" 14 matçda 28 xal toplayıb və ikinci pillədə, "Sauthempton" 5 xalla 20-ci pillədə qərarlaşıb.