1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İngiltərə Premyer Liqasının 14-cü turun "Mançester Siti" və "Nottingem Forest" komandaları qarşılaşıb.
Oxu.Az xəbər verir ki, komandalar Mançesterdəki "Etihad" matçda ev sahibləri 3:0 hesabı ilə qələbə qazanıb.
Matçın ilk qolu 8-ci dəqiqədə vurulub. "Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva fərqlənib. 31-ci dəqiqədə Kevin De Bruyne hesabda fərqi ikiyə çatdırıb. 57-ci dəqiqədə cinah hücumçusu Jeremi Doku "Siti"nin üçüncü qolunu vurub.
Hazırda "Mançester Siti" İngiltərə çempionatının turnir cədvəlində dördüncü yerdədir. Komanda 14 matçda 26 xal toplayıb. "Nottingem Forest" 22 xalla yeddinci yerdədir.
Qeyd edək ki, bu qələbə sayəsində "şəhərlilər" bütün turnirlərdə yeddi matçlıq uğursuz seriyanı qırıblar.