RU

Türkiyə Kipr probleminə daha 60 il sərf etmək istəmir - Fəxrəddin Altun

Bakı. Trend:

Türkiyə və Yunanıstan qarşılıqlı anlaşma, iqtisadi əməkdaşlıq vəmədəni mübadilə yolu ilə əlaqələri gücləndirməlidir.

Trend-inməlumatına görə, bunu Türkiyə Prezident AdministrasiyasınınKommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Yunanıstanın “TaNea” qəzetinə müsahibəsində deyib.

Kipr problemindən danışan Fəxrəddin Altun BMT-nin himayəsialtında uzun illər aparılan danışıqların uğursuzluğunuxatırladıb.

Onun fikrincə, reallığı etiraf etməyin vaxtıdır: Kiprdə iki ayrıxalqın və iki ayrı dövlətin mövcudluğunu. Nə Kipr türkləri, nə dəTürkiyə daha 60 ili boş yerə sərf etməyə razı deyil.

Altun Egey dənizi kimi həssas mövzularda qarşılıqlı hörmətəçağırıb. Egey dənizi “yunan gölü deyil”. O qeyd edib ki, uzun sahilxətti ilə Türkiyənin bölgədə qanuni hüquqları və həyati maraqlarıvar.

“Bəzi məsələlərdə həll olunmamış fikir ayrılıqları olsa da, həriki ölkənin üzləşdiyi problemlər, eləcə də regionda və ondankənarda maraqlarımız eynidir. Əməkdaşlıq bizə diqqətimünaqişələrdən ümumi məqsədlərə yönəltməyə imkan verir”,- deyə oyekunlaşdırıb.

Избранный
43
2
az.trend.az

3Источники