RU

Təcili Xəbər: Bu şəhərlərdə məktəb, universitet və dövlət idarələrinin fəaliyyəti dayandırılı - SƏBƏB

İranın 7 vilayətində hava şəraitinin soyuq olması və enerji istehlakının idarə olunması ilə əlaqədar orta məktəblər, universitetlər və dövlət idarələrinin fəaliyyətinin dayandırılmasına qərar verilib.

Bu barədə Paytaxt.org İran KİV-ə istinadən məlumat verib.

Məlumata görə, İranın Qərbi Azərbaycan, Kürdüstan, Gülüstan, Kirmanşah, Şimali Xorasan, Simnan və Mazandaran vilayətində orta məktəblər, universitetlər və dövlət idarələri fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, son günlər İranda qaz istehlakı ciddi şəkildə artıb. Bu isə mənzil qaz təchizatında bir sıra problemlər yaradıb. İranın Milli Qaz Şirkətinin sözçüsü Həsən Musəvi qeyd edib ki, ötən gün İranın qaz şəbəkəsinə 850 milyon kubmetr qaz vurulub. Onun 601 milyon kubmetri mənzillər, ticarət-iaşə obyektlərində istehlak olunub. Paytaxt.org

Избранный
10
50
paytaxt.org

10Источники