RU

Sərnişindaşıma üçün “Fərqlənmə nişanı”nın forması təsdiqləndi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Fərqlənmə nişanı”nın, “Xüsusi fərqlənmə nişanı”nın və “Fərqlənmə nişanı”nın alınması üçün ərizə”nin formalarını təsdiq edib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.

Qərarla, avtobuslar və taksi minik avtomobilləri ilə sərnişin daşımalarını həyata keçirən vergi ödəyiciləri üçün “Fərqlənmə nişanı”nın forması təsdiqlənib.

Həmçinin vergi ödəyicilərinin mülkiyyətində olan avtobuslar və minik avtomobilləri ilə öz sahibkarlıq fəaliyyətini təmin etmək məqsədilə işçilərin, eləcə də avtomobil nəqliyyatı vasitələri ilə öz sahibkarlıq fəaliyyətini təmin etmək məqsədilə özünə məxsus yüklərin daşınması üçün “Xüsusi fərqlənmə nişanı”nın forması təsdiqlənib.

Nazirliyin Hüquq şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

Qərar Reyestrdə dərc edildiyi gündən qüvvəyə minib.


Müəllif: Teleqraf.com
Избранный
42
14
teleqraf.com

10Источники