RU

Rusiyalı erməni politoloq...ERMƏNİSTANA BURAXILMADI

Rusiyalı erməni politoloq və tarixçi Andranik Miqranyanın Ermənistana girişinə qadağa qoyulub.

 

Senzor.az bildirir ki, bu barədə erməni KİV-i məlumat yayıb.

 

Qeyd olunur ki, Miqranyan valideynlərinin məzarlarını ziyarət etmək üçün Ermənistana səfər edib. Lakin İrəvanın “Zvartnots” Beynəlxalq Hava Limanında politoloqa xəbər verilib ki, onun ölkəyə daxil olmasına icazə yoxdur.

 

Qadağanın səbəbləri barədə məlumat verilməyib.

 

A.Miqranyan mütəmadi olaraq Rusiya KİV-lərində Rusiya Federasiyasının xarici siyasət məsələləri ilə bağlı çıxış edən politoloqdur.

 

Qeyd edək ki, bundan əvvəl “Daşnaksütyun”un siması sayılan bir sıra ermənilər, o cümlədən, partiyanın Fransadakı şöbəsinin liderlərindən biri Murad Papazyan da müxtəlif vaxtlarda arzuolunmaz şəxslər siyahısına daxil ediliblər. 

Избранный
11
senzor.az

1Источники