RU

Gürcüstan 29 dekabra hazırlaşır: Nə baş verəcək?

Gürcüstanda prezident seçkilərindən sonra yeni kriz meydana gəlib.

Belə ki, müxalifət həftəsonu keçirilən prezident seçkilərini boykot etdi və namizəd irəli sürmədi. Nəticədə, hakim "Gürcü Arzusu" Partiyasının namizədi Mixail Kavelaşvili Gürcüstanın yeni prezidenti seçildi. 

Lakin hazırkı prezident Salome Zurabişvili seçkinin nəticələrini tanımayıb. O, hətta 29 dekabrda prezident sarayını tərk etməyəcəyini açıqlayıb. 

Maraqlıdır, Gürcüstanda yeni siyasi kriz yaşanır? 29 dekabrda nə baş verə bilər? 

Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Hit.az-a açıqlamasında bildirib ki, Gürcüstanda institusional çıxılmaz vəziyyət yarana bilər:

"Fikrimcə, prezident sarayını tərk etməkdən imtina gedən və gələn administrasiyalar arasında qarşıdurmaya gətirib çıxara bilər. Bunun isə idarəçilik və konstitusiya proseslərini pozması mümkündür. 

Nəzərə almaq lazımdır ki, Gürcüstanın siyasi fəallıq tarixi də var. Düşünürəm ki, vətəndaşlar ya Kavelaşvilinin mövqeyini dəstəkləyən, ya da seçki prosesinə və Zurabişvilinin prezidentliyinə hörmət tələb edən etirazlarçılar küçələrə çıxa bilərlər".

Ekspertin sözlərinə görə, Gürcüstan parlamenti və ya məhkəmə sistemi böhranı həll etmək, konstitusiya qanunlarına riayət etmək, habelə hakimiyyətin dinc yolla ötürülməsini təmin etmək üçün prosesə müdaxilə edə bilər:

364241

"Eyni zamanda, beynəlxalq təzyiq faktorlarının olduğunu da unutmaq olmaz. Gürcüstanın Avropa İttifaqı və ABŞ kimi müttəfiqləri demokratik normaları dəstəkləmək üçün diplomatik təzyiq göstərə, eləcə də vəziyyətə vasitəçilik edə bilərlər. 

Burada mümkün eskalasiya doğru addımların olmasını nəzərdən keçirə bilərik. Əgər proseslər həll olunmasa, gərginliyin daha geniş siyasi münaqişəyə çevrilmə ehtimalı var. Xüsusən də tərəflərdən hər hansı biri əhəmiyyətli ictimai və institusional dəstək qazansa, daha qəliz siyasi proseslər baş verə bilər". 

Rüstəm Tağızadə 29 dekabrda Gürcüstanda nələrin baş verə biləcəyi barədə də danışıb:

"Hesab edirəm ki, Zurabişvilinin prezident sarayında qalması onu 29 dekabrda alovlanma nöqtəsinə çevrilə bilər. Lakin hüquq-mühafizə orqanlarına onu saraydan çıxarmaq tapşırığı verilə bilməsi mümkündür. Nəticədə, ictimai nümayişlər güclənə, bu isə toqquşmalara səbəb ola bilər. 

Amma həmin tarixə qədər sülh yolu ilə danışıqlar aparmaq üçün səylərin göstərilməsi də mümkündür. Ümumiyyətlə, Gürcüstanda gedən son siyasi proseslər siyasi sabitlik vəd etmir".

Pərviz

Избранный
19
hit.az

1Источники