Türkiyəli model və aparıcı Ebru Şallı uzun müddətdir ki, boşanma qərarı aldığı həyat yoldaşı ilə yenidən qalmaqal yaşayıb.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət öncə cütlük açıqlama verərək barışdıqlarını və boşanmaq fikrindən daşındıqlarını açıqlamışdılar.
Şallı bu gün verdiyi açıqlamada həyat yoldaşı Uğur Akkuş tərəfindən zorakılığa, şiddətə və təhdidlərə məruz qaldığını bildirib:
"Boşanma ərəfəsində olduğum Uğur A., xüsusən də ailəm və qohumlarım da daxil olmaqla mətbuat mənsubları dostlarımı, rəfiqələrimi, iş birliyi etdiyim qurumları və çalışdığım hər bir şirkəti hədələyərək təhqir ehtiva edən mesajlar göndərdiyini öyrəndim. Təəssüf ki, mən də uzun müddət zorakılığa, təhdidlərə, təhqirlərə məruz qalmışam. 5 aydır onu görmürəm. İndiyə qədər yaşadıqlarımı özəl həyat olduğu üçün heç kimə əks etdirməmişəm. Mən insanları belə şeylərlə məşqul etmək istəmirəm, ayrılıq mərhələsindəyəm. Mənimlə olan hər kəsə təşəkkür edirəm".