Verdiyi proqnozların gerçəkləşməsi ilə diqqət çəkən "The Simpsons" cizgi serialının növbəti bölümü böyük marağa səbəb olub.
Bizim.Media “russian-news” nəşrinə istinadən xəbər verir ki, cizgi serialın son bölümündə dollarla bağlı maraqlı proqnoz verilib.
Belə ki, sözügedən bölümdə 2026-cı ildə dolların tamamilə dəyərdən düşəcəyi, virtual valyutaya keçidin olacağı proqnozu verilib.
Xatırladaq ki, “Simpsonlar” daha əvvəl də verdiyi proqnozların özünü doğrultması ilə diqqət çəkib. Belə ki, “Simpsonlar” Trampın 2024-cü ildə yenidən ABŞ Prezidenti seçilməsi, “COVİD-19” pandemiyasının baş verməsi, “Bitcoin”in dəyər qazanması kimi məsələləri əvvəlcədən doğru proqnozlaşdırıblar.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта