RU

Şəlalə Camal: Görmədim sevgində mən üzağardan

Qırmızı yanağım boğanaq olub,
Bilmirəm qaradır, ya alatoran.
Həyatım boyu dərd göyərdib məni,
Görmədim sevgində mən üzağardan.

Yarpaq tək solalı həyata küsdüm,
Gözlərimə hər gün qaranlıq çökdü.
Sən də boynundan at, mən də yan qaçım,
Bəs onda hardandır bu dərdin kökü?

Qıvrıla - qıvrıla əzab içində,
Xürrəm yaşamağı necə unutdum.
Zülmət gecələrin qış gecəsində
Ağ qara qarışan sanki yuxuydum.

Избранный
14
adalet.az

1Источники