RU

Baş nazir: "Ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,6%-dir"

"Ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,6%, o cümlədən Naxçıvanda 100%-dir".

seher.media "Report"a istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bugünkü plenar iclasında deyib.

Onun sözlərinə görə, bu göstəriciyə görə Azərbaycan MDB və digər qonşu ölkələri qabaqlayır:

"Buna baxmayaraq, yerdə qalan 3,4% abonentlərin təbii qazla təmin olunması üçün maliyyə imkanları çərçivəsində mərhələli şəkildə işlər görüləcək".

Baş nazir bildirib ki, hazırda bu istiqamətdə hökumətin aidiyyəti qurumları yerli icra orqanları ilə müzakirələr aparırlar.

O, eyni zamanda qeyd edib ki, paralel olaraq "İşğaldan azad olunmuş ərazilərdə qazlaşdırılma layihəsi" də həyata keçirilməkdədir.

Избранный
36
8
seher.media

10Источники