RU

Zurabişvili əhalini qan tökülməsi ilə hədələyir - Spiker

“Gürcüstanın hazırkı prezidenti əhalini qan tökülməsi ilə hədələyir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili keçirdiyi brifinqdə deyib.

O bildirib ki, ötən gün Salome Zurabişvili Gürcüstan üçün yeganə sülh yolunun yeni seçkilərin olduğunu bəyan edib:

“O, bununla Gürcüstan əhalisinin əksəriyyətini seçimindən imtina etməsə, qan tökülməsi ilə hədələyib. Prezidentliyi dövrünün sonunda Salome Zurabişvili bir daha nəinki dövlət institutlarını sarsıtmaq, həm də ölkədə biabırçı iğtişaşlar və farslar təşkil etmək qərarına gəlib”.

Ş.Papuaşvilinin sözlərinə görə, prezident 2 milyon 60 min nəfər vətəndaşın iradəsini sərbəst ifadə etdiyi seçkiləri tanımır:

“O, konstitusiyaya zidd, zorakı prosesləri təşviq etmək üçün xarici ölkələrdən dəstək istəyir. Lakin bugünkü hakimiyyət düşmən qüvvələrin qara niyyətlərinin baş tutmaması üçün hər cür təsir rıçaqlarına malikdir. Bu işdə Gürcüstan hökumətinin əsas dayağı gürcü xalqıdır”.


Müəllif: Cəmilə Babayeva
Избранный
26
teleqraf.com

1Источники