Qırğızıstan prezidenti Sadır Japarov baş nazir Akılbek Japarovun istefası haqqında fərman imzalayıb.
Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Telegram kanalında "Akılbek Usenbekoviç başqa işə keçidi ilə əlaqədar vəzifəsindən azad edilib" deyilir.
Akılbek Japarov 2021-ci il oktyabrın 13-dən baş nazir vəzifəsini icra edir. Baş nazirin birinci müavini vəzifəsini tutan Adılbek Kasıməliyev hökumətin sədri vəzifəsini müvəqqəti icra edən təyin edilib.