RU

Bəxtiyar Hacıyev saxta sənədlərin iş materiallarından çıxarılmasını tələb edib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bəxtiyar Hacıyevin işi üzrə proses davam etdirilib. İclas zamanı fəal bir sıra vəsatətlərlə çıxış edib.

O, bir daha DİN-in guya onun "cinayət fəaliyyəti" həyata keçirdiyi haqqında elektron məktubunu iş materiallarından çıxarmağı xahiş edib.

Cinayət-Prosessual Məcəlləsinə əsasən, möhürlə təsdiq edilmiş sənədlər və ya təsdiq edilmiş surətlər tədqiq edilir.

Bundan başqa, müstəntiq tərcüməsi üçün tərcüməçilərin cəlb olunduğu hansısa xarici sənədlərə istinad edir. Lakin tərcüməçilər sənədlərin ortaya çıxmasından 20 gün əvvəl cəlb edilib. Hacıyevin sözlərinə görə, bu, saxtalaşdırmanın dəlilidir. Bu səbəbdən o, qeyd edilən sənədləri dəlillər siyahısından çıxarmağı təklif edib.

Hacıyev həmçinin onun vergi borcunun yanlış hesablandığını qeyd edib və borcu hesablayan ekspertlərin məhkəməyə çağırılmasını təklif edib.

Hacıyev vergi xidmətini maraqlandıran sənədləri təqdim etməyə hazır olduğunu bildirib, lakin bunun üçün onun barəsindəki qətimkan tədbiri dəyişdirilməlidir.

Bundan başqa, o, ittihamın bəzi hissələrinin ümumiyyətlə ona aydın olmadığını qeyd edib. Buna görə o, "qaçaqmalçılıq" və "sənədləri saxtalaşdırma" ittihamlarının ləğv edilməsi barədə vəsatət qaldırıb, belə ki, istintaq bu ittihamları əsaslandırmayıb.

Son iki ildə o, qaçaqmalçılıq yolu ilə valyuta gətirdiyi iddia olunan Gürcüstanda olmayıb.

Eyni zamanda, Hacıyev hansı sənədləri saxtalaşdırmaqda ittiham olunduğunu başa düşmür.

O, müvafiq sənədlərin saxtalaşdırıldığını müəyyən etmək üçün polis əməkdaşlarının və ekspertlərin imzalarının ekspertizasının keçirilməsini təklif edib.

Hacıyev həmçinin Avropa Məhkəməsinin qərarına uyğun olaraq pul vəsaiti köçürülən bank hesabından həbsin götürülməsini xahiş edib.

Lakin məhkəmə bəzi vəsatətləri təmin etməyib, digərlərini müşavirə otağında hökm çıxararkən qiymətləndirməyi vəd edib.

Məhkəmənin növbəti iclası dekabrın 23-nə təyin edilib.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamları ilə həbs olunub.

Ötən il iyunun 16-da fəala qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə - ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.

Həmin ilin noyabrda isə ona daha bir ittiham verilib. Hacıyevə qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.

Hacıyev özü və həmkarları prosesi Azərbaycan DİN-i və şəxsən nazir Vilayət Eyvazovu kəskin tənqid etdiyinə görə siyasi sifariş hesab edir.

Избранный
29
turan.az

1Источники