Cənubi Afrika Respublikası (CAR) Rusiya Prezidenti Vladimir Putini Yohannesburqda keçiriləcək G20 sammitinə dəvət etməyəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə CAR prezidentinin sözçüsü Vinsent Maqvenya məlumat verib.
Məlumata görə, buna Beynəlxalq Cinayətlər Məhkəməsinin (BCM) Rusiya liderinin həbsi ilə bağlı qərarı səbəb olub.
CAR BCM-in fəaliyyətinin əsasını təşkil edən Roma Statutunu ratifikasiya etdiyi üçün Putin ölkəyə səfər edərsə, onu həbs etməyə borcludur. Bu, 2023-cü il avqustun 22-24-də Yohannesburqda keçirilən BRICS-in 15-ci sammiti zamanı da qüvvədə olub.
“Yohannesburqda BRICS sammitindən sonra hüquqi vəziyyət dəyişməyib. Biz heç bir şəkildə BCM-nin qərarlarına təsir edə bilmərik”, - Maqvenya belə vurğulayıb.