RU

Neft ərazisinə düşən evlərlə bağlı VACİB XƏBƏR

Azərbaycanda neft müqavilələrinin əhatə etdiyi ərazilərə və ya mühafizə zolaqlarına düşən tikililərlə bağlı işçi qrupu yaradılıb.

Bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov Torpaq Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, işçi qrupu müvafiq qanun layihəsinin hazırlanması üzərində işləyir.

"Bütün aidiyyəti qurumlar plansız tikintilərin qarşısının alınması istiqamətində ciddi tədbirlər görür. Buna görə həm müvafiq qanun layihəsi hazırlayırıq, həm də qanunsuz tikililərin qarşısının alınması üçün işlərimizi davam etdiririk. Neft kontraktlarının əhatə etdiyi ərazilərdə və mühafizə zolaqlarında hüquqlarının tanınması mümkün olmayan tikililər var. Hazırlanacaq qanun layihəsi həmin tikililəri əhatə edəcək", - R. Şahbazov bildirib./report.az

Избранный
45
7
musavat.com

8Источники