RU

ABŞ Tayvana Abrams tankları göndərir

Amerikanın Abrams tanklarının ilk partiyası Tayvanın Sinçju hərbi təlim bazasına çatdırılıb. Adanın hakimiyyət orqanları 108 döyüş maşınının tədarükü üçün müqavilə bağlayıb.

Herbiand.az bildirir ki, bu barədə Taiwan News yazıb.

Məlumata görə, Tayvana yük gəmisi ilə hələlik 38 ədəd M1A2T Abrams tankı gətirilib. Texnikalar Taypey limanına çatdırılıb, sonra isə Sinçju şəhəri yaxınlığında yerləşən hərbi bazaya aparılıb.

Tayvan və ABŞ arasında təxminən dəyəri 1,2 milyard dollar olan tankların tədarükü ilə bağlı müqavilə 2019-cu ildə imzalanıb. Qalan tanklar 2025-2026-cı illərdə təhvil veriləcək.

Bəxtiyar CƏFƏRLİ

Избранный
42
herbiand.az

1Источники