RU

Pezeşkian yenə dəhlizlərdən danışdı

İranın prezidenti Məsud Pezeşkian dünən keçirdiyi müşavirədə yenidən dəhlizlər barədə danışıb. Tribunainfo.az xəbər verir ki, o, prosesin tamamlanmasını qeyd edib.
Pezeşkian deyib ki, ölkə limanlarını bir-birinə bağlamaq üçün dəmir yolu və avtomobil dəhlizlərinin tamamlanması lazımdır. “Bu bizim başlıca strategiyamızıdır. Bu prosesi təşkil etmək üçün qonşu ölkələrin imkanlarından və təcrübəsinzən istifadə etməliyik”.
Qeyd edək ki, dəhlizlər dedikdə əsas olaraq Azərbaycan üzərindən keçəcək Şimal-Cənub dəhlizindən bəhs olunur. İran hazırda Azərbaycan üzərindən keçəcək dəhlizin işə düşməsi üçün bütün qüvvələrini səfərbər edib. Çünki bu, onların həm Qara dənizə, həm də Rusiyaya çıxışlarını asanlaşdıracaq.

Избранный
17
tribunainfo.az

1Источники