RU

Əsədin Moskvaya daşıdığı 2 ton avro - Rusiyalı senator bu xəbərin yayılmasını "əməliyyat" hesab edir

Rusiya Federasiya Şurasının beynəlxalq əlaqələr komitəsinin sədri Qriqori Karasin devrilmiş prezident Bəşər Əsədin hakimiyyətdə olduğu 2018-2019-cu illərdə Suriya Mərkəzi Bankının Moskvaya milyonlarla dollar nağd pulla dolu bir neçə təyyarə göndərməsi barədə "Financial Times"ın xəbərləri ilə bağlı diqqətli olmağa çağırıb.

Musavat.com Lenta.ru-ya istinadla xəbər verir ki, senator bu barədə yazılanları manipulyasiya adlandırıb. “Məncə, bunun “Financial Times”da dərc olunması onu manipulyasiya etmək, müvafiq qiymətləndirmələr, müvafiq şərhlər vermək üçün media məkanına sərfəli versiyanın daxil edilməsi üzrə klassik əməliyyatdır. Qalan hər şey ardınca gələcək. Gəlin görək bu məlumat nə dərəcədə doğrudur və niyə indi yayılıb”, -  Karasin cavab verib.

Senator təklif edib ki, nəşr birbaşa Əsədə və Moskvaya qarşı yönələ bilər.

“Burada tədbirlər kompleksini şərh etmək olar. Amma hələlik bizim buna çox diqqətlə yanaşmaq lazımdır”, - deyə o, yekunlaşdırıb.

Daha əvvəl “Financial Times” məxfi sənədlərə istinadən yazıb ki, Suriya Mərkəzi Bankı 2018-2019-cu illərdə Moskvaya milyonlarla dollar nağd pulla bir neçə təyyarə göndərib. Qəzetin Suriya Mərkəzi Bankının daxili statistikası ilə tanış olan həmsöhbəti bildirib ki, o zaman daxili ehtiyatlar “demək olar ki, sıfır” idi. Əsəd hökuməti Rusiyaya 100 dollar və 500 avro nominalında iki ton əskinas göndərib. Ümumilikdə bu pul 250 milyon dollara bərabər olub.

Musavat.com

 

Избранный
19
19
musavat.com

10Источники