RU

Vinisius azarkeşlərə jest etdi, cavabını prezident verdi

"Real"n cinah oyunçusu Vinisius Junior La Liqanın 17-ci turunun 3:3 hesablı heç-heçə ilə yekunlaşan oyunundan sonra "Rayo Valyekano" azarkeşləri ilə münaqişə yaşayıb.

Publika.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Final fitindən sonra "Kampo de Valyekas" stadionunun tunelinə doğru hərəkət edən oyunçu azarkeşlərin qışqırtılarına jestlə cavab verib. O, azarkeşlərə iki barmağını göstərib və əlini aşağı salaraq, “Sequndaya” - sözünü deyib.

"Rayo Valyekano"nun prezidenti Raul Martin Presa braziliyalının davranışından narazılığını bildirib. O qeyd edib ki, xüsusilə "Rayo" kimi klubların yüksək diviziondakı yerini qoruyub saxlamasının nə qədər vacib olduğunu nəzərə alsaq, bu cür hərəkətlər yolverilməzdir.

"Digər komandaların aşağı liqaya düşməsini arzulamaq idman dünyasına hörmətsizlikdir. Oyunçular ləyaqətli münasibət nümayiş etdirməlidirlər", - deyə Presa vurğulayıb.

Избранный
23
publika.az

1Источники