RU

“Azərbaycanın kənd təsərrüfatı və turizm müəssisələrində yaşıl inkişafın təşviqi” layihəsi uğurla davam edir

“Ekoloji Maarifçilik və Monitorinq” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın kənd təsərrüfatı və turizm müəssisələrində yaşıl inkişafın təşviqi” layihəsinin icrasını uğurla davam etdirir.

Layihənin əsas məqsədi Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan 2030. Sosial-iqtisadi inkişafın “Milli Prioritetləri” sənədinin beş Milli Prioritetindən biri təmiz ətraf mühit və yaşıl artım ölkəsi üzrə qarşıya qoyulan hədəflərin yerinə yetirilməsi üçün, özəl sektorun bu mühüm strateji məqsədə cəlb edilməsi məqsədilə, ölkəmizin kənd təsərrüfatı və turizm müəssisələrində yaşıl inkişafın təşviqi yolu ilə davamlı inkişaf və ətraf mühitə təsirlərin azaldılması üzrə biliklərin artırılmasından ibarətdir.

Layihə çərçivəsində İsmayıllı rayonunda kənd təsərrüfatında çalışan fermerlərin və turizm şirkətləri rəhbərləri üçün Yaşıl enerji ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub. Tədbirlərdə 40 nəfər iştirakçıya “Azərbaycanın kənd təsərrüfatı və turizm müəssisələrində yaşıl inkişafın təşviqi” adlı kitabça və sertifikatlar təqdim edilib.

r

Bizim Telegram kanalımıza abunə olun

Избранный
7
sabahinfo.az

1Источники