RU

AFFA futbol veteranlarına cavab verməyib – turniri GİN keçirəcək

Oktyabrın 17-də futbol veteranları arasında Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan turnir keçiriləcək.

Bu barədə İdman.biz-ə Futbol Veteranları İctimai Birliyinin sədri Oqtay Abdullayev məlumat verib.

O bildirib ki, Quba Olimpiya İdman Kompleksində təşkil olunacaq yarışda 8 klub mübarizə aparacaq: “Bu turniri keçirməkdə əsas məqsədimiz Azərbaycan futbolunu inkişafına təkan vermək, veteran futbolçuları bir araya toplamaqdır. Yarışda dörd komanda şimal zonasını, digərləri Bakı və Sumqayıtı təmsil edəcək”.

Abdullayevin sözlərinə görə, turnir Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə keçiriləcək: “Yarışın keçirilməsi ilə bağlı AFFA-ya bir neçə müraciət etsək də, heç bir nəticəsi olmadı. Hazırda ölkə futbolu yaxşı vəziyyətdə deyil. Biz də veteran futbolçular olaraq bu duruma yardımçı olmaq istəyirik. Həmçinin uşaq futbolunun inkişafı üçün sabah orada master klasslar da təşkil edəcəyik”.

Qeyd edək ki, Qubada təşkil olunacaq turnirdə Azərbaycan millisinin veteranları, "Neftçi", "Sumqayıt", Həvəskarlar Liqasının veteranları, Quba, Şabran, Xaşmaz və Qusar mübarizə aparacaq.

Banuçiçək Hüseynli
İdman.biz

Избранный
32
idman.biz

1Источники