RU

Putin hər gün müqavilə  bağlayan  hərbçilərin sayını açıqlayıb

2024-cü ildə hər gün mindən çox insan Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb. Rusiya Silahlı Qüvvələrində xidmətə başlayanların bu sayını Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin Kollegiyasının iclasında açıqlayıb. Tədbir Kremlin Telegram kanalında yayımlanıb.

Putin xüsusilə hər gün bu qədər hərbi qulluqçunun xidmətə getməsinə diqqət edib.

"İnsanlar könüllü olaraq cəbhəyə gedirlər", - Rusiya lideri vurğulayıb. Öz növbəsində, Müdafiə Nazirliyinin rəhbəri Andrey Belousov bildirib ki, 2024-cü ildə ümumilikdə 427 mindən çox insan Rusiya Silahlı Qüvvələrinin sıralarına daxil olub.

Almaz Həsənli

Избранный
20
oxumeni.az

1Источники