Avropa İttifaqı Belarusdan 26 fiziki şəxs və 2 təşkilatı sanksiya siyahısına əlavə edib.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, sanksiya siyahısına daxil edilən 26 nəfər və 2 təşkilat ölkədə “vətəndaş cəmiyyətinin və demokratik müxalifətin sıxışdırılmasına görə məsuliyyət daşımaqda” və “Aİ sanksiyalarından yayınmağa yardım etməkdə” ittiham edilib.
Bu qərardan sonra Aİ-nin Belarusa qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etdiyi şəxslərin sayı 287-yə, təşkilatların sayı isə 39-a yüksəlib.
Əli Hüseynov