RU

Politoloq: Əsədin Türkiyəni günahlandırması doğru deyil

Ankara Suriyada müxalifətin Bəşər Əsəd administrasiyasının devrilməsi ilə nəticələnən əməliyyatında iştirak etməyib.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının “Al Hadath” televiziyasına müsahibəsində deyib.
“Türkiyə bu prosesin bir parçası olmayıb”, - nazir qeyd edib.
Bundan əlavə, Fidan bildirib ki, Suriyanın keçmiş prezidenti Bəşər Əsəd Ankaranın üçüncü ölkələrin vasitəçiliyi ilə dəfələrlə cəhd etməsinə baxmayaraq, Türkiyə tərəfi ilə görüşdən imtina edib.

Politoloq Samir Hümbətov "Sherg.az"a deyib ki, Əsədin Türkiyəni günahlandırması doğru deyil:

"Türkiyə Suriyaya ordu yeritsə, bu işdə iştirakı o zaman rəsmi olaraq təsdiqlənərdi. Milli Suriya ordusu, HTŞ və s.-a dəstək verilsə də, bu, onu deməyə əsas vermir ki,  əməliyyatı Türkiyə aparır. Hakan Fidan da demək istəyir ki, Türkiyə silahlı qüvvələri Suriyadakı prosesdə iştirak etməyib. Digər tərəfdən Bəşər-Əsəd dəfələrlə Türkiyə ilə görüşdən imtina edib. Səbəbini isə belə göstərir ki, Türkiyə nə vaxt qoşununu çıxarar, o zaman görüş baş tutar. Əgər Türkiyə qoşununu çıxarmalıdırsa, Suriya, Rusiya, İran və ABŞ-ın dəstək verdiyi kütlə də bunu etməli idi".
Избранный
27
50
sherg.az

10Источники