RU

Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlarda dəyişiklik etdi

Bakı. Trend:

Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” və“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasınınqanunlarında dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Trend xəbərverir ki, sənədə əsasən, hakim vəzifəsinə namizədlər test imtahanı,yazılı imtahan və müsahibə əsasında seçilirlər. İmtahanlar vəmüsahibə Hakimlərin Seçki Komitəsi tərəfindən təşkil edilir.

İmtahanların və müsahibənin nəticələri Hakimlərin Seçki Komitəsitərəfindən qiymətləndirilir. Hakimlərin Seçki Komitəsi bu işəözünün formalaşdırdığı ad hoc komissiyanı cəlb edə bilər.

Hakimlərin Seçki Komitəsi imtahanlardan və müsahibədənmüvəffəqiyyətlə keçmiş namizədləri topladıqları ballara uyğunsıralayır.

Namizədlərin qiymətləndirilməsinin nəticələri Məhkəmə-HüquqŞurasına təqdim olunur. Məhkəmə-Hüquq Şurası namizədlərin vakanthakim vəzifələrinin sayına müvafiq olaraq hakim vəzifəsinə təyinedilmələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqana (quruma) təqdimat verir.

Bu Qanunun 96-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuşqiymətləndirmə nəticəsində səlahiyyətləri uzadılmamış şəxslər 5 ilmüddətində hakim vəzifəsinə namizədlərin seçilməsi üçünimtahanlarda və müsahibədə iştirak edə bilməzlər.

Vakant hakim vəzifələrinə namizədlərin seçilməsi qaydalarıMəhkəmə-Hüquq Şurası tərəfindən müəyyən edilir.

Hakim vəzifəsindən öz arzusu ilə azad olunaraq ədliyyəorqanlarında inzibati vəzifəyə və ya prokurorluq işçisi kimiprokurorluğa qulluğa qəbul edilmiş şəxslər Məhkəmə-Hüquq Şurasındamüsahibədən keçirilməklə, bu Qanunlamüəyyən edilmiş qaydada yenidənhakim vəzifəsinə təyin edilə bilərlər.

Təyin olunduqdan dərhal sonra onlar peşə hazırlığı məqsədiləmüvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsindəMəhkəmə-Hüquq Şurası tərəfindən müəyyən edilmiş qaydada təlimə cəlbedilirlər. 3 illik müddətin sonunda hakimlərin fəaliyyətiqiymətləndirilir.

Hakimlərin Qiymətləndirilməsi Komitəsi

Hakimlərin Qiymətləndirilməsi Komitəsi Məhkəmə-Hüquq Şurasıtərəfindən hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və onlarınpeşə hazırlığının artırılması üzrə ehtiyacların müəyyən edilməsiişinin aparılması məqsədilə formalaşdırılan orqandır.

Hakimlərin Qiymətləndirilməsi Komitəsinin fəaliyyəti bu Qanunla,“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanunuilə, habelə Məhkəmə-Hüquq Şurasının qəbul etdiyi HakimlərinQiymətləndirilməsi Komitəsi haqqında Əsasnamə və hakimlərinfəaliyyətinin qiymətləndirilməsinin qaydaları və metodologiyası ilətənzimlənir.

Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurası haqqında Əsasnamənitəsdiq edir.

Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi

Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ədalət mühakiməsininkeyfiyyətinin artırılması, məhkəmə sistemində idarəçiliyintəkmilləşdirilməsi, hakimlərin vəzifədə irəli çəkilməsindəşəffaflığın təmin olunması, onların fəaliyyətininstimullaşdırılması, tədris ehtiyaclarının müəyyənləşdirilməsi vəfəaliyyətini davam etdirməyə uyğunluğunun müəyyən edilməsiməqsədilə aparılır.

Məhkəmə-Hüquq Şurası ilk dəfə 3 il müddətinə təyin edilmişhakimlərin fəaliyyətini həmin müddətin sonunda, digər hakimlərinfəaliyyətini 5 ildə bir dəfədən az olmayaraq, məhkəmə sədrlərinin,sədr müavinlərinin və kollegiya sədrlərinin inzibatisəlahiyyətlərin icrası üzrə fəaliyyətini isə həmçinin bu vəzifələrüzrə fəaliyyət müddətinin sonunda qiymətləndirir.

Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydaları vəmetodologiyası Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən edilir.

Hakimlərin fəaliyyəti Hakimlərin Qiymətləndirilməsi Komitəsitərəfindən toplanılan materiallar əsasında onların peşəkarlıqsəviyyəsini müəyyən etməyə imkan verən kəmiyyət (məhkəmə fəaliyyətiüzrə iş yükü və onun öhdəsindən gəlmək bacarığı) və keyfiyyət(məhkəmə aktlarının və məhkəmə proseslərinin idarə edilməsikeyfiyyəti, kommunikasiya bacarıqları, hakim etikası vəintizamlılıq) göstəriciləri üzrə qiymətləndirilir.

Məhkəmə sədrləri, sədr müavinləri və kollegiya sədrlərinininzibati səlahiyyətlərin icrası üzrə fəaliyyəti HakimlərinQiymətləndirilməsi Komitəsi tərəfindən toplanılan materiallarəsasında onların idarəçilik bacarıqlarını müəyyən etməyə imkanverən meyarlar (müvafiq məhkəmədə əmək və icra intizamına riayətedilməsi və işin təşkili vəziyyəti (məhkəmə statistikasının vəarxiv işinin aparılması, kargüzarlıq qaydalarına əməl olunması,məhkəmə aparatına rəhbərliyin təşkili, məhkəmə təcrübəsininöyrənilməsi və ümumiləşdirilməsi vəziyyəti, vətəndaşların qəbulu,müraciətlərə baxılması sahəsində məhkəmədə işin təşkili) üzrəqiymətləndirilir.

Hakimlərin fəaliyyəti məhkəmələrin fəaliyyətinin monitorinqininnəticələri, Məhkəmə-Hüquq Şurası Aparatının, fəaliyyətiqiymətləndirilən hakimin, həmçinin Azərbaycan Respublikasının AliMəhkəməsi, apellyasiya instansiyası və birinci instansiyaməhkəmələri sədrlərinin məlumatları və “Mediasiya haqqında”Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiyayayönəldilən işlərin sayı nəzərə alınmaqla qiymətləndirilir.Hakimlərin fəaliyyəti qiymətləndirilərkən Məhkəmə-Hüquq Şurasıüzvlərinin malik olduqları məlumatlardan istifadə oluna bilər.

Hakimlərin Qiymətləndirilməsi Komitəsi hakimin fəaliyyətininqiymətləndirilməsinin nəticəsinə dair yekun rəy tərtib etməkləMəhkəmə-Hüquq Şurasına təqdim edir.

Hakimlərin Qiymətləndirilməsi Komitəsinin hakimin fəaliyyətininqiymətləndirilməsinin nəticəsinə dair yekun rəyi Məhkəmə-HüquqŞurasının üzvlərinə qiymətləndirmə ilə bağlı Məhkəmə‑HüquqŞurasının iclasına ən geci 10 gün qalmış təqdim edilir.

Məhkəmə-Hüquq Şurası Hakimlərin Qiymətləndirilməsi Komitəsindəndaxil olmuş yekun rəyi iclasında müzakirə edir və hakiminfəaliyyətinin qiymətləndirilməsinin nəticəsinin təsdiqinə dairqərar qəbul edir.

Hakimlərin Qiymətləndirilməsi Komitəsinin yekun rəyi hakimlərinfəaliyyətinin qiymətləndirilməsi qaydaları və metodologiyasındamüəyyən edilmiş forma və məzmuna uyğun olmadıqda, habeləziddiyyətli olduqda Məhkəmə-Hüquq Şurası əsaslandırılmış qərarı iləyekun rəyi ona əlavə edilmiş materiallarla birlikdə geri qaytarır.Bu zaman Hakimlərin Qiymətləndirilməsi Komitəsi Məhkəmə-HüquqŞurasının qərarını nəzərə almaqla, yekun rəydəki çatışmazlıqlarıaradan qaldırır və yenidən Məhkəmə-Hüquq Şurasına təqdim edir.

Hakimlərin fəaliyyətinin qiymətləndirilməsinə dair qərar qəbuledilərkən səsvermədə Məhkəmə-Hüquq Şurasının yalnız hakim üzvləriiştirak edirlər. Qiymətləndirmə ilə bağlı Məhkəmə‑Hüquq Şurasınıniclası Şuranın səsvermədə iştirak etmək hüququ olan hakimüzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. QərarMəhkəmə-Hüquq Şurasının səsvermədə iştirak edən hakim üzvlərininsadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqdaMəhkəmə-Hüquq Şurasının iclasına sədrlik edənin səsi həlledicihesab olunur.

Hakimin fəaliyyətinin qiymətləndirilməsinin yekununda aşağıdakınəticələrdən biri müəyyən olunur:

hakimin fəaliyyəti yüksək qiymətləndirilir;

hakimin fəaliyyəti qənaətbəxş qiymətləndirilir;

hakimin fəaliyyətində peşəkar çatışmazlıqlar var.

Bu Qanunda nəzərdə tutulmuş halda Məhkəmə-Hüquq Şurasıtərəfindən hakimin vəzifədə irəli çəkilməsi imkanı nəzərdənkeçirilir.

Bu Qanunda nəzərdə tutulmuş halda Məhkəmə-Hüquq Şurasıtərəfindən hakimin tutduğu vəzifəyə uyğunluğu barədə qərar qəbuledilir.

Bu Qanunda nəzərdə tutulmuş halda, o cümlədən məhkəmələrinfəaliyyətinin monitorinqi nəticəsində maddi və prosessual hüquqnormalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar aşkaredildikdə, hakimin (ilk dəfə hakim təyin edilmiş şəxslər istisnaolmaqla) fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunmuşvaxtda təkrar, lakin bir ildən tez və iki ildən gec olmamaqlaqiymətləndirilir. Təkrar qiymətləndirmə zamanı hakiminfəaliyyətində yenidən peşəkar çatışmazlıqlar aşkar edildikdə, onunsəlahiyyətlərinə “Məhkəmələr və hakimlər haqqında” AzərbaycanRespublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vaxtından əvvəlxitam verilir.

Məhkəmə sədrləri, sədr müavinləri və kollegiya sədrlərinininzibati səlahiyyətlərinin icrası üzrə fəaliyyətininqiymətləndirilməsinin yekununda aşağıdakı nəticələrdən biri müəyyənolunur:

fəaliyyəti qənaətbəxş qiymətləndirilir;

fəaliyyətində peşəkar çatışmazlıqlar var.

Bu Qanunda nəzərdə tutulmuş halda Məhkəmə-Hüquq Şurasıtərəfindən məhkəmə sədrinin, sədr müavininin və ya kollegiyasədrinin inzibati vəzifəyə təyinatı ilə bağlı təklifin verilməsibarədə qərar qəbul edilir.

Bu Qanunda nəzərdə tutulmuş halda Məhkəmə-Hüquq Şurasıtərəfindən məhkəmə sədrinin, sədr müavininin və ya kollegiyasədrinin tutduğu vəzifədə işləməyə uyğun olmaması barədə qərarqəbul edilir.

Hakimlərin Qiymətləndirilməsi Komitəsi

Məhkəmə-Hüquq Şurası hakimlərin fəaliyyətinin qiymətləndirilməsiməqsədilə 9 üzvdən ibarət aşağıdakı tərkibdə HakimlərinQiymətləndirilməsi Komitəsini formalaşdırır:

Azərbaycan Respublikası Ali Məhkəməsinin üç hakimi;

apellyasiya instansiyası məhkəmələrinin üç hakimi;

birinci instansiya məhkəmələrinin üç hakimi.

Məhkəmə-Hüquq Şurasının və ya Hakimlərin Seçki Komitəsinin üzvüeyni zamanda Hakimlərin Qiymətləndirilməsi Komitəsinin üzvü olabilməz.

Hakimlərin Qiymətləndirilməsi Komitəsi üzvlərinin səlahiyyətmüddəti beş ildir.

Hakimlərin Qiymətləndirilməsi Komitəsinin fəaliyyəti dövlətbüdcəsindən Məhkəmə-Hüquq Şurasına ayrılmış vəsait hesabına Şuratərəfindən maliyyələşdirilir. Məhkəmə-Hüquq Şurasının üzvləri üçünbu Qanunda nəzərdə tutulmuş təminatlar HakimlərinQiymətləndirilməsi Komitəsinin üzvlərinə də şamil olunur.

Hakimlərin Seçki Komitəsi üzvlərinin səlahiyyət müddəti beşildir.

Hakimlərin Seçki Komitəsi vakant hakim vəzifəsinə namizədlərinsənədlərini toplayır, bu şəxslər üçün şəffaf surətdə test imtahanı,yazılı imtahan və müsahibə təşkil edir.

Hakimlərin Seçki Komitəsinin fəaliyyəti dövlət büdcəsindənMəhkəmə-Hüquq Şurasına ayrılmış vəsait hesabına Şura tərəfindənmaliyyələşdirilir.

Bundan əlavə, Prezident İlham Əliyev “Məhkəmələr və hakimlərhaqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” AzərbaycanRespublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Qanununtətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentininbəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Избранный
61
6
az.trend.az

7Источники