RU

Şolts: Almaniya Ukraynaya hərbi dəstəkdə öz təhlükəsizliyini riskə atmayacaq – ÖZƏL

Olaylar.az xəbər verir ki, Almaniyanın kansleri Olaf Şolts bəyan edib ki, ölkəsi Ukraynaya dəstək göstərərkən öz təhlükəsizliyini təhlükə altına qoymayacaq və Kiyevə nə alman hərbçilərini, nə də Taurus qanadlı raketlərini göndərəcək.

"Biz qanadlı raketlər, uzaqmənzilli silahlar təchiz etmirik, hansılar ki, Rusiya ərazisinin dərinliklərinə zərbə endirə bilər. Və tam əminliklə deyirəm ki, alman əsgərlərini bu müharibəyə göndərməyəcəyik. Mən kansler olduğum müddətdə bu baş verməyəcək," - deyə Şolts vurğulayıb.

Bundestaqın növbədənkənar iclasında çıxışı zamanı kansler bildirib ki, Almaniya hələ də Avropada Ukraynaya ən çox dəstək göstərən ölkə olaraq qalır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
26
olaylar.az

1Источники