RU

Bəşər Əsəd Dəməşqi tərk edən qoşunlar haqqında məlumatı Hmeymim bazasında öyrənib – ÖZƏL

Keçmiş Suriya Prezidenti Bəşər Əsəd Suriya ordusunun Dəməşqdəki mövqelərini tərk etdiyini yalnız Rusiyanın Hmeymim hərbi bazasında öyrəndiyini bildirib. 

Olaylar.az xəbər verir ki, bu barədə Əsədin rəsmi mətbuat xidməti məlumat yayıb.

Əsəd qeyd edib ki, Hmeymim bazasına çatdıqdan sonra ordunun paytaxtdakı bütün mövqelərdən çəkildiyini öyrənib. O, əlavə edib ki, həmin vaxt baza ətrafındakı vəziyyət gərgin olub və pilotsuz uçuş aparatlarının intensiv hücumları ilə müşayiət olunub.

Əsədin sözlərinə görə, Rusiya tərəfi vəziyyətin daha da pisləşdiyini əsas gətirərək onun dərhal evakuasiyasını tələb edib. Moskva tərəfindən Hmeymim aviasiya bazasına onun Rusiyaya göndərilməsini təmin etmək tapşırığı verilib.

Xatırladaq ki, dekabrın 9-da Kremlin məlumatına əsasən, Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvaya gəlib. Onun Rusiyada sığınacaq aldığı və bu qərarın humanitar səbəblərlə əlaqələndirildiyi bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
32
olaylar.az

1Источники