Ukrayna-Rusiya müharibəsində qarşıdurmalar davam edir.
Ukrayna Şimali Koreya əsgərlərinin Rusiyadakı vəziyyəti ilə bağlı açıqlama verib.
Ukrayna Kəşfiyyat İdarəsindən verilən açıqlamada həftə sonu Rusiyanın Kursk bölgəsində ən azı 30 Şimali Koreya əsgərinin öldürüldüyü və ya yaralandığı bildirilib.
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Ukrayna qoşunlarını Kursk bölgəsindən çıxarmaq üçün xeyli sayda Şimali Koreya vətəndaşını yerləşdirməyə başlayıb.