RU

Siyasətdə “düşmən çəpəri” anlayışının önəmi çoxdur



Bu gün siyasətdə “düşmən çəpəri” anlayışının önəmi çoxdur. Yəni ki, biz müasir üslub, qayda və standartlara uyğun olaraq, o çəpərin möhkəmlənməsi və inkişafı uğrunda qayğımızı əsirgəməməliyik. Çünki dünyada gedən proseslər onu göstərir ki, yaxın gələcəkdə neçə illər öncə qurulmuş planın həyata keçirilməsinə start verilir.
O konteksdə, Suriyada Bəşər Əsədin cinayətləri çılpaqlığı ilə dünya ictimaiyyətinə təqdim olunur. Və hələ də çox güman ki, bu təqdimatlar davam edəcək. Çünki bəzi baxışları planlarına uyğun, insanların şüurunda psixoloji olaraq yönəltmək isəyirlər və bu səbəbdən Əsədi razılaşma ilə ölkədən çıxartdılar.

Yəqin ki, İşid məsələsi, küçənin ortasında insanları vəhşicəsinə qətlə yetirmək, yeni bir dini baxış, yeni qəddarlıq, yeni üslub yaratmaları yadınızdadır və o zamandan insanlara o şəraiti, o şiddətləri həzm etməyə, qəbul etməyə vadar etdilər. Bir müsəlman ölkəsində günahsız insanları öldürtdülər, bu dəhşətləri onlara yaşatdılar və yaradılan yeni bir İşid qruplaşmasını cəmiyyətə narın-narın təqdim etdilər. Əslində bunun siyasi mahiyyəti və kökləri çox dərindir. Bu yaxınlarda, Azərbaycan mətbuatındada bizim rəsmilərimizin, Bəşər Əsədin bizə münasibəti, daha doğrusu düşmən münasibəti ilə bağlı açıqlamaları oldu. Deməli, bu cinayətkar elə erməni meyilli imiş və buna görə bizə də düşmənçilik edirdi. Təbii ki, bu dövlətlərarası münasibətlərdə və diplomatik əlaqələrdə nəzərə alınıb və iki ölkə arasındakı münasibət ona uyğun tənzimlənib.

Neçə illər idi ki, düşmənlərimizin əhatə dairəsini, düşüncələrini, siyasi tərzlərini, siyasi yanaşmalarını öyrənə bildik və buna uyğun şəkildə öz düşmən çəpərimizi hazırladıq. Bunun nəticəsidə hamıya bəllidir. Yaranan yeni reallıqlar, bizim dövlətimizin yaratdığı model, dünyanın sivil, demokratik düşünən dövlətlərinin hamısı tərəfindən qəbul olundu. Bütün demokratik dəyərlər prinsiplərinə hörmətsizlik edən, işğalçı və ya işğalçıya dəstək verən, gücündən, olduğu mövqeyindən istifadə edərək bir neçə ölkə də bu yeni modeli, yaranan reallıqları qəbul etmədi. Artıq hamı dünyada dövlətlərin durduğu yeri görə bilir. Çünki bu gün, bu siyasi metodun effekti çoxdur və bundan istifadə edilir.
Ermənistanla-Suriyanın və eyni zamanda Ermənistanla-Fransanın münasibətlərini və bu üçlünün nələrdən xəbər verdiyini dərk etmək o qədərdə çətin deyil.

Bu gün Bəşərin taleyindən eyforiyaya düşən bəzi gop siyasət ilə məşğul olanlar izah etməyə çalışırlar ki, xalq Bəşəri devirdi. Bu qədər yalan danışmağı sizə kim öyrətdi? Və siz artıq bizim siyasi çəpərlərimizə hücum edənlərin təsiri altında assimliyasiyaya uğramısız. Gopla, hay-küylə siyasi təfəkkür formalaşdırmaq istəyirsiniz. Amma, indi artıq o dövr deyil. İnsanlar kimin-kim olduğunu və nə olduğunu çox yaxşı bilir. Xalqa xitabən danışaraq, dolayısı yolla xalqı üsyana çağırış edənlər..sizlər odla oynayırsınız.

Suriyada xalq, 13-il mübarizə apardı, lakin bacarmadı və Bəşər rejimini yıxa bilmədi. Lakin çox itki vermədən, bir həftəyə, korporativ maraqlar Bəşəri başa saldılar. Və Suriyanın taleyi bu cür həll olundu. Xalqın orada rolu yox idi, çünki xalqı pərən-pərən salmışdılar. Kimlər ordan çıxdı, kimlər ora necə daxil oldu bilinmir. Əsas mahiyyət budur və planın taleyini bu proses həll etdi. Siz bu cür yanaşmanız ilə, sizi dinc qoymayan xidmət etdiyiniz maraqların nadinc uşaqlarına çevrilmisiniz. Bizim borcumuz düşmən çəpərini qoruyub, saxlamaqdır. Sizin vəzifəniz isə o çəpəri yandırmaq, məhv etməkdir. Lakin siz, o maraqların xırda detalına necə çevrildiyinizin fərqində belə deyilsiniz. Xalqımız çox müdrik xalqdır. Və bu xalq axıra qədər təhlükəsizliyimizin, suverinliyimizin, müstəqilliyimizin təminatı üçün qurulan o çəpərin arxasında olacaq. Sizlərə isə o çəpəri quranların yanında batan tikanlar olacaq.

Ramil Hüseynov, "Yeni Xətt" siyasi tədqiqatlar mərkəzinin rəhbəri
Избранный
43
newscenter.az

1Источники