RU

Avropa Komissiyası Britaniyanı məhkəməyə verir

Bakı. Trend:

Avropa Komissiyası Böyük Britaniyanın “Brexit” sonrası azadhərəkət hüquqlarının təmin edilməsindəki çatışmazlıqlarına görəAvropa İttifaqı Məhkəməsinə müraciət edib.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, bu addım Böyük Britaniyanın Avropaİttifaqı ilə bağladığı “Brexit” sazişinə tam əməl etmədiyiiddialarına əsaslanır.

Komissiya Böyük Britaniyanın Avropa İttifaqı vətəndaşlarının vəonların ailə üzvlərinin azad hərəkət hüquqlarını məhdudlaşdırdığınıvə bu barədə edilən xəbərdarlıqlara məhəl qoymadığını bildirir.

Avropa Komissiyası 2020-ci ilin may ayında Böyük Britaniyanınazad hərəkət hüquqlarını məhdudlaşdırdığına dair iddialarla bağlırəsmi xəbərdarlıq göndərib və 2024-cü ilin iyul ayında bəziməsələlərin hələ də həll olunmadığını vurğulamışdı.

Komissiya Böyük Britaniyanın cavablarını diqqətləqiymətləndirdikdən sonra işçilərin hüquqları və ailə üzvlərininhüquqları ilə bağlı məsələlərin hələ də həll olunmadığınıbildirərək, məsələ ilə bağlı məhkəməyə müraciət etməyə qərarverib.

Bu vəziyyətin Böyük Britaniyanın Avropa İttifaqı iləmünasibətlərini yenidən qurmağa çalışan Baş nazir Kir Starmer üçünçətinlik yaratması gözlənilir.

Избранный
26
10
az.trend.az

10Источники