RU

Aİ Gürcüstanın diplomatik pasportları üçün vizasız gediş-gəlişi dayandırmağa başlayır

Aİ Xarici Əlaqələr Şurasının sədri olan Kaya Kallas bu gün ittifaqın xarici işlər nazirlərinin iclasında diplomatik və xidməti pasportlara malik Gürcüstan vətəndaşları üçün vizasız rejimin dayandırılması ilə bağlı razılığa gəlindiyini təsdiqləyib.

E-huquq.az xəbər verir ki, bu barədə Kaya Kallas iclasdan sonra mətbuata açıqlamasında bildirib.

O, iclasda sanksiyalarla bağlı intensiv müzakirə aparıldığını, lakin bütün üzv ölkələrin bunu dəstəkləmədiyini deyib.

"Biz əlavə addımlara hazırıq, lakin sanksiyalar üçün 27 üzv ölkənin hamısının razılığı olmalıdır, təəssüf ki, hazırda bu yoxdur. Düşünürəm ki, vizasız rejimin dayandırılması ilk addımdır", - deyə o bildirib.
Избранный
19
2
e-huquq.az

10Источники