“Almaniya üçün Alternativ” müxalifət partiyasının nümayəndələri bütün üzv ölkələrin maraqları nəzərə alınmaqla NATO-da islahatların aparılmasını tələb edirlər”.
Qaziler.az xəbər verir ki, bunu Rusiyada Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitiki Aleksey Qromski “Podmoskovye seqodnya” internet nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Almaniya tənqidlərə baxmayaraq, Alyansı tərk etməyəcək.
“Almaniya üçün Alternativ” partiyası islahatların, müxtəlif alyanslarda daha çox müstəqilliyin, Almaniyanın beynəlxalq birliklərdə maraqlarının daha çox nəzərə alınmasının tərəfdarı kimi çıxış edir, bu, NATO-ya da aiddir”, - ekspert izah edib.
Politoloq qeyd edib ki, NATO Varşava Müqaviləsinə əksi kimi yaradılıb, lakin onun müasir rolu Alyans üzvləri arasında müzakirə mövzusudur. Bununla belə, Almaniyanın blokdan çıxma ehtimalı azdır, çünki aparılacaq islahatların Almaniya və digər iştirakçıların maraqlarına uyğun olacağı görünür.
QAZİLER.AZ