RU

Hüseyn toy sahibini biabır etdi - Verdiyin yemək kimi ifa etmişəm

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu toyda qarşılaşdığı vəziyyəti izləyiciləri ilə bölüşüb. 


News365.az Lent.az-a istinadən xəbər verir ki, o, musiqiçilər üçün açdığı stola görə toy sahibini tənqid edib.


Həmin görüntüləri yayımlayan Hüseyn yazıb: "Bu qədər pulun, imkanın ola və sən musiqiçilərin yeməyini belə qısasan. Ayıbdır...


Şükür Allaha, evdə yeməyim var, çöldə istədiyimi ala bilirəm. Biz toy sahibinin qonaqlarıyıq, şadlıq evinin yox. Vaxtın olanda toyun diskinə baxarsan. Verdiyin yemək kimi də ifa etmişəm. Əgər kasıb olsaydı, bir stəkan çaya da təşəkkür bildirərədim". 

Избранный
16
18
news365.az

10Источники