ABŞ Şimali Koreyanın 11 vətəndaşına, həmçinin Rusiya və Şimali Koreyadan olan 8 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.
Musavat.com xəbər verir ki, məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında dərc olunub.
Məlumatdan aydın olur ki, Rusiyanın DV Inc MMC, Novosibirskoblgaz MMC, Sibregiongaz QSC, Vostok Trading MMC, eləcə də KXDR-də qeydiyyatdan keçmiş dörd maliyyə təşkilatı Amerika məhdudiyyətləri altına düşüb. Sanksiya siyahısına KXDR-in 11 vətəndaşı da daxildir.
Musavat.com