RU

HƏMAS-la İsrail arasında girovlarla bağlı razılaşma ayın sonuna qədər mümkün ola bilər

HƏMAS-la İsrail arasında girovlarla bağlı razılaşma ayın sonuna qədər mümkün ola bilər

Fələstinin HƏMAS radikal qruplaşması ilə İsrail arasında girovların azad edilməsi ilə bağlı razılığın əldə olunması dekabrın sonuna qədər baş tuta bilər. AFN.az xəbər verir ki, bu açıqlama ilə Səudiyyə Ərəbistanının “Əl Hadath” telekanalı çıxış edib.Adı açıqlanmayan mənbələrə istinadən kanal Qəzza ilə bağlı yekun razılaşma istiqamətində "əhəmiyyətli irəliləyiş" olduğunu bildirib. Qeyd edilir ki, sövdələşmədə iki əsas məsələ həll olunmağa yaxındır və ayın sonunadək birinci mərhələ üzrə razılığın əldə olunması gözlənilir. İsrail və Misir rəsmilərinin yaxın günlərdə qalan məsələləri müzakirə etmək üçün yekun görüş keçirmək niyyətində olduqları bildirilir.İsrailin "Ynet" xəbər portalı HƏMAS-ın adı açıqlanmayan yüksək rütbəli üzvünə istinadən həmçinin Qəzzada atəşkəs və girovların azad edilməsi üçün aparılan danışıqlarda "görünməmiş irəliləyiş" əldə edildiyini bildirib.

Избранный
18
afn.az

1Источники