RU

"Vəfatından əvvəl onun qucağında mahnı oxudum"

Əməkdar artist Manana Caparidze anasının vəfatından sonra ilk dəfə paylaşım edib.

Demokrat.az xəbər verir ki, sənətçi valideyni Makvala Caparidze ilə fotosunu izləyiciləri ilə bölüşərək bunları yazıb.

"Bir aydan sonra özümdə güc toplayaraq, çalışıram ki, sizin hər birinizə minnətdarlığımı bildirim. Ürəyimdə və ruhumda o qədər çox şey var ki, nədən başlayacağımı belə bilmirəm. Bir şeyi dəqiq bilirəm ki, anamla mən həmişə sizin haqda, sevimli Azərbaycan xalqı haqqında məhəbbətlə danışmışıq. Anamın burada dostları çox idi. O sizdən ilham alırdı.

Anamla mən hər gün uca yaradana sizin üçün, tale üçün, çətinlikləri və uğurları ilə bizə verilən ömür üçün şükr edirdik. Son günlər anam həqiqətən arzulayırdı və ümid edirdi ki, birlikdə Bakıya gələcəyik. Çox darıxırdı, bir gün belə olmadı ki, mən ona Bakının müxtəlif gözəl küçələrindən videolar göndərmiyim. Ona Azərbaycanda baş verənlərdən danışırdım. Bundan çox ilham alırdı. Anama sizin hər sözünüzü, hər bir təşəkkürünüzü, hər xeyir-duanızı çatdırırdım. O bununla, mənim səhnədə və həyatdakı uğurlarımla yaşayırdı. Mən dünyanın ən xoşbəxt, ən qürurlu qızıyam. 

Anam mənə güc verəcək və nə qədər ki, mən sağam, sevgimlə, səmimi hisslərimlə, hər birinizə böyük minnətdarlıq hisslərimlə, valideynlərimin qoyduğu yolu davam etdirəcəyəm. Son 20 ildə atam rəhmətə gedəndən sonra, dünyaya anamın baxışları ilə baxmağı öyrəndim. Bundan sonra da dünyaya onun isti baxışları ilə baxacağam. Onun səmimi sözləri ilə danışacağam. Ürəyim daim anamla eyni ritmdə döyünəcək. O, həmişə mənimlə olacaq, mən də onunla!

Избранный
34
6
demokrat.az

8Источники