Rusiya Suriyadan hərbi texnikalarını çıxartmağa davam edir.
Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiya bu dəfə Lazkiyə şəhərindən qüvvələrini çıxarmağa başlayıb.
Daşınan silahlar arasında zirehli texnikalarla yanaşı çoxlu sayda S-400 batareyaları da olub.
Qeyd edək ki, Rusiya qoşunlarını daha əvvəl paytaxt Dəməşqdən də çıxarmışdı.