Vətəninfo.az xəbər verir ki,ABŞ-ın Viskonsin ştatının Madison şəhərindəki “Abundant Life” xristian məktəbində atışma olub.
Hadisə zamanı 4 nəfərin həlak olduğu, 5 nəfərin isə yaralandığı bildirilir.
Madison polis rəisi Şon Barnes CNN-ə açıqlaması zamanı şübhəlinin polisin müdaxiləsi zamanı öldürüldüyünü bildirib.
Səlahiyyətlilər məktəbin ərazisindəki binalarda və nəqliyyat vasitələrində təkrar axtarışlar aparmağa davam edir.