Azərbaycan şahmatçısı Eltac Səfərli Skopyedə (Şimali Makedoniya) keçirilən “Skopje Open” beynəlxalq turnirində liderlər qrupundan aralanıb.
İdman.biz xəbər verir ki, o, səkkizinci turda Meylis Anaberdıyevlə (Türkmənistan) heç-heçə edib.
Hesabında 6 xal olan Səfərli liderlər Momçil Petkov (Bolqarıstan) və Vitali Bernadskini (Ukrayna) yarım xal geridə qalaraq, 5-ci yerdə qərarlaşıb.
İdman.biz