AZ

Səfərli Skopyedə liderlərdən yarım xal geri düşüb

Azərbaycan şahmatçısı Eltac Səfərli Skopyedə (Şimali Makedoniya) keçirilən “Skopje Open” beynəlxalq turnirində liderlər qrupundan aralanıb.

İdman.biz xəbər verir ki, o, səkkizinci turda Meylis Anaberdıyevlə (Türkmənistan) heç-heçə edib.

Hesabında 6 xal olan Səfərli liderlər Momçil Petkov (Bolqarıstan) və Vitali Bernadskini (Ukrayna) yarım xal geridə qalaraq, 5-ci yerdə qərarlaşıb.

İdman.biz

Seçilən
9
idman.biz

1Mənbələr